ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir 09 İyul 2016 01:00 Dünya ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agenti ölkəsinin dövlət sirlərini, o cümlədən hərbi peyklərin texniki xüsusiyyətlərini Rusiyaya satmaqda ittiham olunur. Bu haqda TASS məlumat yayıb. İnfromasiyaya görə, 49 yaşlı mühəndis Qreqori Allane Castis FTB-nin agenti olaraq 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində peyklərin quraşdırılması ilə məşğul olub. O, müstəntiqlərə etiraf edib ki, onu bu yola vadar edən guya həyat yoldaşının ciddi xəstəliyidir. "Castis öz tamahını ABŞ-ın texnologiyalar haqda gizli informasiyalarını xarici dövlətin casusuna satmaqda milli təhlükəsizlik maraqlarından üstün tutub", - deyə, ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin bildirib. Məlumatda bildirilib ki, günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq. Məhkəmə dinləməsinin tarixi hələlik təyin edilməyib. (report) Teqlər : #ABŞ kəşfiyyatının agenti Rusiyaya casusluqda ittiham edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Omskda Sibirin ən böyük məscidi tikiləcək Türkiyədə admirallar həbs olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO