ABŞ koalisiyası Suriyada daha 5 mülki vətəndaşı öldürdü 06 Dekabr 2018 09:48 Dünya ABŞ rəhbərliyi altındakı beynəlxalq koalisiyanın Suriyanın Deyr əz-Zor ərazisindəki Hacin şəhərinə təşkil etdiyi hava hücumunda azı 5 mülki vətəndaş həyatını itirib. Bu barədə Suriya dövlət xəbər agentliyi SANA xəbər verib. Xəbərdə "Beynəlxalq koalisiyanın Deyr əz-Zorun şərqindəki Hacinə hava hücumunda 5 nəfər ölüb, bir neçə nəfər də yaralanıb", - deyə bildirilib. Qeyd edək ki, koalisiya YPG-yə İŞİD-ə qarşı mübarizədə yardım bəhanəsi ilə müntəzəm olaraq Deyr əz-Zor bölgəsindəki şəhər və kəndləri bombalayır. Koalisiyanın hava hücumlarında çox sayda mülki vətəndaş həyatını itirib. Xatırladaq ki, Suriya hökuməti ABŞ-ın bu hücumlarda beynəlxalq müqavilələrlə qadağan olunan ağ fosfor istifadə etdiyini açıqlamışdı./ Eastnews.org/ Teqlər : #ABŞ,#koalisiyası,#Suriyada,#daha,#mülki,#vətəndaşı,#öldürdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada İraq sənayesi üzrə ilk sərgi təşkil olunacaq İranda terror aktı törədilib, ölənlər və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO