ABŞ İncirlik bazasına 6 ədəd F-15c döyüş təyyarəsi göndərib

ABŞ Hərbi Hava Qüvvələri 6 ədəd F-15c tipli qırıcısının İncirlik bazasına gəldiyi bildirilir.
 
Maide.az xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələri Avropa və Afrika Qüvvələri İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi yazılı açıqlamaya deyilir. 
 
Açıqlamada sözügedən təyyarələrin İngiltərədəki 48-cı "Fighter Wing" bazasından göndərildiyi və Türkiyə hava məkanında hava keşikçiləri vəzifəsini edəcəkləri qeyd olunub.
 
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) keçən həftə ABŞ-ın "tank qatili" kimi tanınan "A-10 Thunderbolt II" tipli təyyarələrinin yerləşdiyi bazaya əlavə olaraq təxminən bir düjün F-15 qırıcısının da göndəriləcəyini bildirmiş, yeni təyyarələrin bazaya nə vaxt çatacağına dair məlumat verməyəcəklərini açıqlamışdı.

Google+ WhatsApp ok.ru