ABŞ nümayəndələrinin Dəməşqə gizli səfəri 22 Mart 2015 02:00 Dünya ABŞ dövlət katibi Con Kerrinin ölkəsinin Suriya ilə bağlı siyasətinin dəyişməkdə olduğunu aşkar etməsindən bir həftə sonra bəzi mənbələr Dəməşqə ABŞ nümayəndələrinin səfərindən xəbər verirlər. Maide.az xəbər verir ki, ABŞ dövlət katibi Con Kerrinin "Vaşinqtonun Suriya prezidenti Bəşşar Əsədlə müzakirədən başqa yolu yoxdur" deməsindən bir həftə sonra ərəbdilli Əlrəy Əlyum qəzeti bu gün yazıb ki, Amerika dövləti hazırkı şəraitdə Suriya hökuməti ilə sirli təmas kanalları yaratmağa çalışır. Mövcud məlumatlar göstərir ki, Amerikalı nümayəndə heyət yaxın gələcəkdə Dəməşqə gizli səfər üçün Suriya hökumətindən yaşıl işıq gözləyir. Son zamanlar da Fransa parlamenti üzvlərindən olan dörd nəfərdən təşkil olunmuş nümayəndə heyəti Dəməşqə səfər etdi və Suriyanın prezidenti və bəzi rəsmiləri ilə görüşdü. Suriya prezidenti Bəşşar Əsəd bundan öncə vurğulamışdı ki, avropalılıarın Suriya qarşısında fırlanmaları başlanıbdır və müxtəlif kəşfiyyat və diplomatik səviyyələrdə olan avropalı rəsmilər Dəməşqə gəlirlər./ Teqlər : #ABŞ nümayəndələrinin Dəməşqə gizli səfəri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyada xaos: 88 polis yaralandı Ali Lider Ayətullah Xameneinin bacısı vəfat edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO