ABŞ ordusunda 5 ildə 9 mindən çox intihar

ABŞ ordusunda 5 ildə 9 mindən çox intihar

ABŞ ordusunda 2004-cü ildən  2009-cu ilə qədər olan müddətdə xidmət edən 9 min 512 əsgərin intihar etdiyi bildirilir.
 
Maide.Az-ın  xarici KİV-lərə istinadən xəbərinə görə,  JAMA  jurnalının internet səhifəsində yayımlanan "İntihar cəhdi olan birliklərdəki əsgərlərdə intihara cəhd riski" başlıqlı araşdırmanın nəticəsində, ordudakı intihar vəziyyətləri müzakirə olunub.
 
Merilenddə yerləşən dövlətə məxsus Səhiyyə Elmləri Uniformalı Xidmətlər Universitetindəki psixiatrlar, 2004-2009-cu illər arasında fəal vəzifədə olan əsgərlərin intihar göstəricilərini təhlil ediblər.
 
Araşdırmada ABŞ ordusunda bu 5 illik müddətdə 9512 əsgərin intihar etdiyi məlum olub. Araşdırmaya görə, ordudakı əsgərlərdən intihar etmək istəyənlərin 86%-i kişi, 68%-i 30 yaşdan aşağı və 60%-i də ağ dərili amerikalılardır.
 
ABŞ Hərbi səhiyyə sisteminin statistikasına görə, ölkədəki intiharların təxminən 20 faizi təqaüddə olan əsgərlər arasında baş verir. 
 

Google+ WhatsApp ok.ru