ABŞ polisi irqçiliyə etiraz edən 150 nəfəri həbs edib

 ABŞ polisi ötən günlər ərzində, Ferquson şəhərində keçirilən etiraz aksiyaları zamanı 150 nəfərin həbs edildiyini bildirib.
Maide.az xəbər verir ki, Röytersin verdiyi məlumata görə, ABŞ polisi çərşənbə axşamı günü bildirib ki, sadəcə bu gün 22 aksiya iştirakçısı saxlanılıb. Həmçinin, magistral yolu bağlamağa cəhd göstərdikləri üçün 63 nəfər həbs edilib. 
Ötən il ağdərili polis zabiti Daron Vilsonun 18 yaşlı qaradərili gənc Maykl Braunu qətlə yetirməsiin ardınca Amerikada irqçilik əleyhinə etirazlar genişlənib.  /

Google+ WhatsApp ok.ru