ABŞ prezidenti Ali Liderə 4-cü məktub ünvanlayıb

ABŞ prezidenti Barak Obama “İŞİD” terror qruplaşması ilə mübarizəni müzakirə etmək üçün İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Əli Xameneiyə məktub ünvanlayıb.
 
Maide.az xəbər verir ki, məktub 2014-cü ilin oktyabrında göndərilib. Məlumata görə, bu, Barak Obama tərəfindən İslam İnqilabının rəhbərinə göndərilən sayca dördüncü məktubdur.
 
Qeyd edək ki, İran dövləti ABŞ-ın sentyabrda “İŞİD”lə mübarizədə əməkdaşlığa dair göndərdiyi sorğusunu qəbul etməyib.

Google+ WhatsApp ok.ru