ABŞ qırıcıları Hələb yaxınlığına hücum etdi, 42 dinc sakin həlak oldu 17 Mart 2017 02:00 Dünya ABŞ hərbi hava qüvvələri tərəfindən Suriyanın Hələb şəhərinin qərbindəki Etarib mahalının Cina kəndindəki məscidə namaz vaxtı endirilmiş hava zərbəsi nəticəsində azı 42 nəfər dinc sakin həlak olub. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ hərbi qüvvələrinin hücumu zamanı məsciddə təqribən 300 nəfər olub. ABŞ ordusu bəyanat yayaraq iddia edib ki, hərbi döyüş təyyarələri Əl-Qaidə qruplaşma başçılarının toplantısını bombalayıb. Lakin əldə olunan məlumata görə, Əl-Qaidə qruplaşmasının başçılarının toplandığı bina məsciddən 15 metr aralıda olub. ABŞ Ordu komandalığı həmçinin elan edib ki, məscidin bombalanmasına dair xəbərlər araşdırılacaq. Teqlər : #ABŞ qırıcıları Hələb yaxınlığına hücum etdi,#42 dinc sakin həlak oldu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yerevanda yenə də etiraz yürüşü keçirilib Sərnişin təyyarəsi pərin qopması səbəbilə Sidneyə təcili eniş edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO