ABŞ qüvələri Əfqanıstanda bir ailənin 16 üzvünü öldürdü 25 Yanvar 2019 09:47 Dünya ölənlər arasında səkkiz uşaq, üç qadın var. Əfqanıstanın cənubunda bir evə raket zərbəsindən eyni ailənin 16 üzvü həlak olub. Məlumatı əfqan rəsmiləri yanvarın 24-də verib. Hava zərbəsi Əfqanıstan qüvvələri və Taliban yaraqlıları arasında ağır döyüş zamanı Sangin vilayətinə endirilib, Helmand vilayət şurasının rəhbəri Attaullah Afghan deyib. Onun sözlərinə görə, ölənlərin hamısı bir ailədəndir, ölənlər arasında səkkiz uşaq, üç qadın var. Vilayət valisinin sözçüsü təhqiqat başlandığını söyləyib. Hava zərbəsini əfqan qüvvələrinin, yaxud NATO-nun endirdiyi bəlli deyil. NATO adətən əfqan quru qüvvələrini havadan dəstəkləyir. NATO bəyanatında bildirib ki, Əfqanıstanın bir neçə gündür Sangində apardığı əməliyyatı ABŞ müşavirləri və koalisiyanın raket zərbələri dəstəkləyir. /azadliq.org / Teqlər : #ABŞ,#qüvələri,#Əfqanıstanda,#bir,#ailənin,#üzvünü,#öldürdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Malayziyanın yeni kralı məlum oldu Avropa paytaxtında Məhəmməd adı ilk sırada
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO