ABŞ İraq ordusunun mövqelərini bombaladı: 25 döyüşçü şəhid oldu 30 Dekabr 2019 08:40 Dünya ABŞ-ın Hərbi Hava Qüvvələrinin İraqın Suriya ilə sərhəddəki Əl-Kaim şəhərində İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 25 döyüşçü şəhid olub, 50 nəfər yaralanıb. Maide.Az xəbər verir ki, bu barədə bazar günü "As Sumaria" telekanalı bildirib. İraqın "Al-Haşd əş-Şaabi" xalq könüllülər qüvvələrinin komandanının müavini Əbu Mahdi əl-Muhendis ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Pentaqonun hücumu cəzasız qalmayacaq. "İraqda ABŞ qüvvələrini sərt cavab gözləyir", - deyə o qeyd edib. Qeyd edək ki, "Al-Haşd əş-Şaabi" qüvvələri İraq ordusunun tərəfində vuruşaraq İŞİD terror qruplaşmasının darmadağın edilməsinə töhfə verib. Bundan başqa, onlar Suriyanın Bu-Kemal ərazisində İŞİD dəstələrinə qarşı əməliyyatlarda da iştirak ediblər. Teqlər : #ABŞ,#İraq,#ordusunun,#mövqelərini,#bombaladı:,#döyüşçü,#şəhid,#oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriya rejimi Şeyx Zəkzəkinin tərəfdarlarına yenə atəş açdı: Ölən və yaralananlar var ABŞ-da kütləvi qətllərin rekord sayı müəyyən edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO