ABŞ Rusiyaya nota verdi

Rus SU-27 döyüş təyyarəsinin 7 apreldə Baltik dənizi üzərində kəşfiyyat uçuşu edən RC-135U tipli Amerika təyyarəsi ilə toqquacaq dərəcədə yaxınlaşmasını "təhlükəli və peşəkarlıqdan kənar" olduğunu açıqlayan ABŞ Müdafiə Nazirliyi Pentaqonun sözçüsü Mark Rayt keçən həftə baş verən hadisəyə görə Rusiyaya etiraz notası verildiyini bildirib.
 
Maide.az xəbər verir ki, Rayt açıqlamasında, "Havada peşəkarlıqdan kənar hərəkətlər, hadisədə yer alan bütün təyyarə ekipajının zərər görməsi potensialını daşıyır. Bundan da əhəmiyyətlisi, bir pilotun diqqətsiz hərəkətləri ölkələr arasındakı təzyiqin yüksəldilməsi potensialına malikdir" deyib.
 
Rayt Baltik suları üzərində cərəyan edən hadisənin Rusiyanın Ukraynaya müdaxiləsi səbəbi ilə dəyişən təhlükəsizlik şəraitindən qaynaqlandığını qeyd edib.
 
Rusiya tərəfi isə Amerika təyyarəsinin Rusiya hava məkanına doğru uçarkən müəyyən olunduğunu, qəbuledici transponder cihazının bağlanmış halda uçduğunu söyləyib.
 
Qeyd edək ki, Pentaqon keçən il də Rusiyanın SU-27 tipli qırıcısının Oxot dənizində beynəlxalq sularda ABŞ kəşfiyyat təyyarəsini sıxışdırdığını açıqlamışdı.

Google+ WhatsApp ok.ru