ABŞ Rusiyaya sanksiyaları daha bir il uzatdı

Barak Obama Ukraynaya hərbi müdaxiləyə görə, 6 mart 2014-cü ildə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb.
 
Ağ Evdən verilən məlumata görə, prezident Barak Obama imzaladığı fərmana əsasən sanksiyalar, Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafının və bəzi Rusiya dövlət şirkətlərinin ABŞ-da iş görməsini və Amerikalı firmaların o şəxs və qurumlarla iş aparmasını qadağan edir.
 
Sanksiyaların Obama tərəfindən daha 1 il uzadılması, Vaşinqton Administrasiyasında Moskvanın Ukrayna siyasətinə dair narahatlığın davam etdiyi mənasını verir.
 
Ağ Evin açıqlamasında Rusiyanın Ukraynadakı hərəkətləri "ABŞ-ın milli təhlükəsizliyinə təhdid" kimi dəyərləndirilib və "Bu sanksiyaların ləğvi, Minsk sülh müqavilələrinin müddəalarının yerinə yetirilməsinə bağlıdır" deyilir.

Google+ WhatsApp ok.ru