ABŞ Suriyada xəstəxananı bombaladığını etiraf etdi 11 Dekabr 2018 13:50 Dünya ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr Əz-Zor vilayətinin Hacin rayonunda bir xəstəxananı vurduqlarını açıqlayıb. Maide.Az Sputnik-ə istinadən xəbər verir ki, koalisiyadan edilən yazılı bəyanatda belə qeyd olunub: “İŞİD qüvvələri dekabrın 9-da Koalisiyanın ortaqlarına hücum etmək üçün Hacin xəstəxanasını istifadə etdi. Bu fəaliyyətləri ilə İŞİD xəstəxananı Cenevrə Konvensiyası çərçivəsində qorunan bir obyektdən əksinə bir məqsədlə istifadə edərək, xəstəxananın silahlı toqquşma qanunlarını təmin edən qorunma statusunu itirməsinə səbəb olub”. Gündəlik mətbuat konfransında danışan ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Rob Manninq, belə deyib: “Xəstəxanaların istifadə edilməsi qəbul edilməzdir və bu İŞİD tərəfindən istifadə edilən standart bir taktikadır”. Teqlər : #ABŞ,#Suriyada,#xəstəxananı,#bombaladığını,#etiraf,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Qırmızı jiletlilər’ – Bu dəfə Tunis ‘qırmızı’ geyindi İşğalçı İsrail rejim vətəndaşlarının ‘uşaq ticarəti’
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO