ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərir 13 Avqust 2021 11:12 Dünya ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir. “Report” “tolonews” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib. Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi ilə göndərilir. Həmin hərbçilər ABŞ vətəndaşlarının, o cümlədən diplomatlarının və Vaşinqtonun bu ölkədəki diplomatik nümayəndəliklərinin əfqanıstanlı əməkdaşlarının təxliyəsinin təhlükəsizliyini təmin edəcəklər. Məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi də eyni məqsəd üçün Əfqanıstana 600 hərbçi yollayacağını elan edib. Teqlər : #ABŞ,#və,#Böyük,#Britaniya,#Əfqanıstana,#hərbçi,#göndərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyanın müxtəlif bölgələrində Məhərrəmlik məclisləri - FOTO Əfqanıstanlı rəsmi: ABŞ Əfqanıstanı Talibanla mübarizədə tək qoydu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO