ABŞ və Avropanın 45 ölkəsi Rusiyaya 10 gün möhlət verdi – SƏBƏB

ABŞ və Avropanın 45 ölkəsi Rusiyaya 10 gün möhlət verdi – SƏBƏB

ABŞ və Avropanın 45 ölkəsi Rusiyaya bu ölkənin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi haqqında izahat verməyi tələb edib. 
 
Maide.Az “Fransa 24” ə istinadla xəbər verir ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) iclasında bu ölklər Rusiyaya Aleksey Navalnının zəhərlənməsinə dair sənədləri  təqdim etmək  üçün 10 gün vaxt verib. 
 
Xatırladaq ki, 2020-ci il avqustun 20-də Navalnı Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi komaya düşüb. Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub.   
 
Avqustun 22-i, səhər saatlarında onu Almaniyanın "Charite" xəstəxanasına yerləşdiriblər. Aparılan klinik araşdırmaların nəticəsində Aleksey Navalnının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini aşkara çıxıb. Aleksey Navalnı süni komaya düşüb.  
 
Avqustun 28-də “Charite” klinikasının ekspertləri Rusiya müxalifəti liderinə qarşı döyüş təyinatlı zəhərləyici maddənin tətbiq edildiyi qənaətindən çıxış edib.  Navalnı bir neçə ay müalicə aldıqdan sonra Rusiyaya qayıtdı və həbs olundu. Hazırda həbsdədir.  
 
 

Google+ WhatsApp ok.ru