Ağ Evin önündə etiraz: ‘Divarı Trampın ətrafına hörün, bizi xilas edin’ 19 Fevral 2019 15:57 Dünya ABŞ-ın prezidenti Donald Trampın ölkənin Meksika sərhədində baş verən zorakılıq hadisələrini əsas göstərərək, milli fövqəladə vəziyyət elan etməsi, Ağ Ev qarşısında etiraz aksiyasının keçirilməsinə səbəb olub. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, “MoveOn” insan haqları təşkilatı və bəzi qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən etiraz aksiyasına ABŞ-ın müxtəlif ştatlarından çox sayda fəal qoşulub. Trampın sərhəd təhlükəsizliyi səbəbilə fövqəladə vəziyyət elan etməsini gücünü sui-istifadə etmək və ABŞ Konqresini heçə saymaq kimi qiymətləndirən etirazçılar, verilən qərara etirazlarını çatdırmaq üçün Ağ Ev qarşısında toplaşıblar. Etiraz aksiyasının təşkilatçılarından Dersi Reyqan fövqəladə vəziyyət qətnaməsinin ABŞ demokratiyasına, müsəlmanlara və miqrantlara verəcəyi zərərə diqqət çəkərək, belə deyib: “Prezident tərəfindən elan edilən fövqəladə vəziyyət qərarına qoşulmur və miqrant həmkar və dostlarımızın yanında dayanırıq”. Nümayişçilər əllərində “Divara yox, Trampa yox”, “Divarı Trampın ətrafına hörün, bizi xilas edin” yazılmış plakatlar qaldıraraq, şüarlar səsləndiriblər. Teqlər : #Ağ,#Evin,#önündə,#etiraz:,#‘Divarı,#Trampın,#ətrafına,#hörün,#bizi,#xilas,#edin’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda 27 hərbçinin ölümünə səbəb olan terroru iki pakistan vətəndaşlı törədib Son 4 ildə 10 ölkədə müharibə və qətliamlarla 870 min uşaq həyatını itirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO