Afinada pensiya təqaüdlərinin azaldılması planına qarşı etiraz

200-ə qədər etirazçı cümə axşamı günü pensiya təqaüdlərinin azaldılması planına dair təklif edilməsinə etiraz olaraq Yunanıstan Əmək Nazirliyinin binasının girişini bağlayıblar.
Maide.az xəbər verir ki, Yunanıstan höküməti bu təklifi qanuna düzəliş edilməsi çərçivəsində parlamentə təsdiq etmək üçün verib. PAME Kommunist partiyasına mənsub etirazçılar Nazirliyin binasından “XXI-ci əsrin qulları olma istəmirik” şüarı yazılan böyük plakat asıblar.
Qanuna əsasən, pensiya yaşı tədricən 2022-ci ilə qədər 67 yaşa çatdırılır və bu yaşa çatmamış pensiyaya çıxan və 67 yaşI olmayan təqaüdçülərin müavinətləri 10 faiz azaldılacaq.
PAME partiyası bəyanat yayaraq bildirib: “Onlar istəyirlər ki biz tam qocalanadək təqaüd almadan və ya səhiyyə xidmətlərindən yararlanmadan yaxud da əmək təhlükəsizliyimiz təmin edilmədən işləyək. Biz onlara ictimai təhlükəsizliyi pozmağa icazə verməməliyik”.
Reuters-in məlumatına əsasən, Təklif edilən bu layihənin bugün Yunanıstan parlamentində baxılması və cümə günü qərar qəbul edilməsi gözlənilir. /
 

Google+ WhatsApp ok.ru