AK-nin rəhbəri ümumavropa ordusunun yaradılmasını təklif edir 10 Mart 2015 02:00 Dünya Avropa Komissiyasının sədri Jan-Klod Yunker ümumavropa ordusunun yaradılmasına çağırıb. Maide.az xəbər verir ki, belə bir təkliflə avropalı diplomat “Welt am Sonntag” qəzetinə müsahibəsi zamanı çıxış edib. Yunker qeyd edib ki, ümumavropa ordusunun yaradılması ilə Avropa həm Avropa İttifaqına üzv olan, həm də qonşu dövlətlərdə sülhə təhdidin yaranmasının qarşısını ala bilər. “Ümumavropa ordusunu ani olaraq yaratmaq mümkün deyil. Lakin bu ordu Rusiyaya göstərəcək ki, biz Avropa İttifaqının dəyərlərinin qorunmasına ciddi yanaşırıq. Bununla yanaşı, ümumavropa ordusunun yaradılması bütün dünyaya göstərəcək ki, Avropa ölkələri arasında heç zaman müharibə olmayacaq. NATO ilə rəqabətdən söz gedə bilməz. Sadəcə Avropa dünyada baş verənlərə görə, çiyinlərinə daha çox məsuliyyət götürməlidir. Son zamanlar Avropa nüfuzunu itirib. Hətta xarici siyasətdə bizi ciddi qəbul edən azdır”, - deyə Lüksemburqun keçmiş baş naziri qeyd edib. Teqlər : #AKnin rəhbəri ümumavropa ordusunun yaradılmasını təklif edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədən Azərbaycana mal göndərilməsi çətinləşib A. Merkel Rusiyaya qarşı sanksiyaların vaxtını uzatmağın tərəfdarıdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO