Albaniyada keçirilən etiraz aksiyalarında azı 50 nəfər saxlanılıb, yaralılar da var 13 May 2019 09:03 Dünya Albaniya polisi Tiranada keçirilmiş hökumət əleyhinə etiraz aksiyalarında azı 50 nəfəri saxlayıb. Saxlanılanların əksəriyyəti müxalif Demokratik partiyanın üzvləridir. ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, Demokratik partiyanın tərəfdarlarının hakim Sosial partiyanın siyasətinə qarşı keçirdiyi kütləvi etiraz aksiyasında polislə qarşıdurmalar da olub. Aksiya iştirakçıları polisə “Molotov kokteyli” və daş atıb. Polis isə cavabında gözyaşardıcı qazdan, su şırnağından və rezin dəyənəklərdən istifadə edib. Etirazçılar parlament binasının girişi qarşısında avtomobili yandırıb. “50-dən çox etirazçı saxlanılıb, ümumilikdə 84 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında bir neçə deputat və Demokratik partiyanın rəhbər şəxsləri də var”, - polisin məlumatında belə deyilir. Həmçinin bildirilib ki, aksiyalar zamanı DİN-in 15 əməkdaşı da xəsarət alıb. Teqlər : #Albaniyada,#keçirilən,#etiraz,#aksiyalarında,#azı,#nəfər,#saxlanılıb,#yaralılar,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BƏƏ XİN partlayışların 7 yox 4 ticari gəmidə baş veridyini təsdiqlədi Ramazan bazarı Mərakeş Kasablanka - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO