Ali-Xəlifə qüvvələri ilə xalq arasında toqquşma

Ali-Xəlifə qüvvələri ilə xalq arasında toqquşma

-- Bəhreynlilər 6 gəncin edam qərarına etiraz edib

Ötən gecə Bəhreynin müxtəlif bölgələrində Ali-Xəlifənin təhlükəsizlik qüvvələri ilə əhali arasında toqquşmalar baş verib. 
 
Maide.Az "İRİB"-ə istinadən xəbrə verir ki, Bəhreyn Hərbi Məhkəməsinin ötən gün 6 bəhreynli gənc barəsində  edam hökmü çıxarılmasına etiraz məqsədi ilə ötən gecə Bəhreynlilər küçələrə axışıb və məhkəmənin bu hökmünə etiraz ediblər.
 
Aksiyaçılar səsləndirdikləri şüarlarda Bəhreyn kralının bu hökmlərin verilməsində və ölkədə vəziyyətin gərginləşməsində  bir başa məsuliyyət daşıdığını bildirib. 
 
Etirazçılar Ali-Xəlifər rejiminə dəstək verməklə Bəhreyn xalqına qarşı repressiyalarda Amerika və Britaniyanın rolunu pisləyən şüarlar səsləndirib. 
 
Eyni zamanda Təhülkəsizlik qüvvələri də yaşayış məntəqələrində gözyaşardıcı qazdan istifadə edərək etirazçıları dağıtmağa cəhd göstərib, bir neçə nəfər yaralanıb və həbs edilib. 
 
Xalq qurumları sosial şəbəkələrdə elanlar yayaraq müxtəlif bölgələrdə bu gün üçün də etiraz aksiyalarının keçirilməsi anonsunu verib. 
 

Google+ WhatsApp ok.ru