Ali Lider: `Amerikanın müzakirələrə olan ehtiyacı İrandan artıq olmasa da, az da deyil`

Maide.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, bu gün Ali Lider müəllimlərlə görüşüb. Ayətullahül Üzma Seyid Əli Xamenei görüşdə çıxış edərkən bildirib ki, İran xalqı təhdid ilə yanaşı olan müzakirələrə dözməyəcək.
 
O əlavə edib ki, Amerikanın müzakirələrə olan ehtiyacı, İrandan artıq olmasa da, az da deyil: "Biz təhdidlərlə yanaşı olan müzakirələrlə razı deyilik.  Müzakirə edənlər qırmızı xətlərə riayət edərək, müzakirə etsinlər. Amma, təhqir, təhdid və zorakılığı qəbul etməsinlər."

Google+ WhatsApp ok.ru