Ali Lider Ayətullah Seyid Əli Xameneinin Avropa və Amerika gənclərinə ünvanladığı məktub BMT-yə göndərildi

Ali Lider Ayətullah Seyid Əli Xameneinin Avropa və Şimali Amerika gənclərinə çağırışı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən BMT-yə göndərilib.
Məhəmməd Cavad Zərif BMT baş katibi Pan Gi Muna göndərdiyi son məktubunda islamofobiyanın yayılmasına çalışan əməliyyatlardan narahatlığını dilə gətirib.
Zərif BMT-yə göndərdiyi məktuba Ayətullah Seyyid Əli Xameneinin Qərb gənclərinə yazdığı məktubu da əlavə edərək belə deyib: "Ayətullah Seyyid Əli Xameneinin bu məsələ ilə bağlı Qərb gənclərinə xitab edərək yazdığı məktub böyük əhəmiyyətə malikdir"./

Google+ WhatsApp ok.ru