Ali Xəlifə rejimi təzyiqləri artırdı - FOTO

 Bəhreynin Əl-Vifaq Cəmiyyətinin Baş katibi Şeyx Əli Salmanın həbsindən artıq 3 həftə keçir.
Maide.az-ın məlumatına görə, Bəhreyn rejimi son bu üç həftədə ölkədə təzyiqlər dahada artıb və təzyiqlərin yeni mərhələsi başlayıb. Belə ki, Ali Xəlifə rejim qüvvələri etiraz aksiyalarında iştirak edən şəxslərə müxtəlif növ güllələrlə bir başa vurmaqdan belə çəkinmir. Ölkədə demokratik dəyişiklik istəyən xalqa qarşı amansızcasına göz yaşardıcı qaz və güllələrdən istifadə edirlər.
Son günlər Bəhreynin müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında  diktatorluq rejiminin daha əvvəllərdə olduğu kimi gücdən istifadə etməsi nəticəsində onlarla nümayişçi yaralanıb.
 Mitinqlər Bəhreynin Əl-Vifaq Cəmiyyətinin lideri Şeyx Əli Salmanın həbs olunmasına etiraz məqsədilə keçirilir.
 Xəbər mənbələri Bəhreyn təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı istifadəsi qadağan olunmuş silahlardan yararlandıqlarını da yazırlar. /


 

Google+ WhatsApp ok.ru