Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbərini 15 illik həbs etdi 24 Dekabr 2016 02:00 Dünya Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbəri Nəbil Rəcəbini 15 il həbsə məhkum edib. Məlumatı Nəbil Rəcəbin xanımı Süməyyə Rəcəb mətbuata açıqlamasında bildirib. O, Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin dekabrın 22-də gecə Nəbil Rəcəbin evinə hücum edərək, onu həbs etdiklərini bildirib. Bəhreyn rejimi ölkədə xalq hərəkatını yatırmaq məqsədilə müxaliflərini həbs edir, işgəncəyə məruz qoyur. Bəhreynli müxaliflər bəyənat verərək, hazırda Bəhreyn həbsxanalarında siyasi ittihamlarla həbs olunanların 10 min nəfərdən çox olduğunu, bunlardan 150 nəfərinin ömürlük həbsə məhkum edildiyini, 200 nəfərin həbsxanada ağır işgəncələr nəticəsində əlil olduqlarını bildirib. (deyerler.org) / Teqlər : #Ali Xəlifə rejimi Bəhreyn İnsan Haqqları Mərkəzinin rəhbərini 15 illik həbs etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fişəng zavodunda partlayış Rusiyaya məxsus təyyarə Qara dənizə düşüb-YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO