Ali Xəlifə rejim qüvvələri imtahan üçün toplaşan məktəblilərə hücum edib

Ali Xəlifə rejim qüvvələri imtahan üçün toplaşan məktəblilərə hücum edib

Bəhreyndə Ali Xəlifə rejim qüvvələri imtahandan çıxaraq məktəbin önündə toplaşan məktəbliləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
 
Maide.Az Bəheyn KİV-lərinə istinadən xəbər verir ki, Ali Xəlifə rejimi 5 nəfərdən artıq toplantıları dağıtmaq üçün güc tətbiq edir. 
 
Bəhreyn KİV-lərinin məlumatına görə, məktəblilər Sitra şəhərində məktəblərin birində imtahan verib çıxdıqdan sonra bir yerə toplaşıb bir-birləri ilə danışdıqları zamanı Ali Xəlif Rejim qüvvələri onlara hücum edib və məktəbliləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
 
Hücum zamanı məktəblilərdən yaralananlar olub. 
 
 
 

 

Google+ WhatsApp ok.ru