Alman futbolçu islamı qəbul etdi FOTO

Almaniyanın "Nürnberg" komandasının yarımmüdafiəçisi Danni Blum islamı qəbul edib.
 
Alman mətbuatı futbolçunun 5 rükət namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və qidalarda halal qidaları seçdiyini bildirib. Alman mətbuatının yazdığına görə, o, ibadət edəndə belə başqalarını narahat etməməyə çalışır.
 
Futbolçunun özü isə İslam dininə keçməsi haqqında suallara cavab verəndə bildirib ki, əvvəllər futboldan kənarda əyləncələrlə dolu və məsuliyyətsiz həyatı olub. "Zaman-zaman yaşadığım həyatın hər şey olmadığını anladım və bu haqda düşünməyə başladım. İnternetdən və kitablardan dinlər haqqında araşdırmalar apardım və islam dini mənə çox maraqlı gəldi. Bu araşdırmalar və öyrəndiklərim məni bu yola, yəni İslama daha da yaxınlaşdırdı. Beləcə, mən müsəlman oldum. Artıq həyata həmişə pozitiv baxıram", - deyə futbolçu bildirib.
 
Futbolçu həmçinin qeyd edib ki, islam barış dinidir: "Mənim inancım heç kəsi istəmədiyini etməyə məcbur etmir. Seçimimi bildirəndə kimsə mənə pis söz söyləmədi. Olsa belə, bu, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".
 
Danni Blum ailəsinin bu qərarına reaksiyası haqqında danışanda qeyd edib ki, ailəsi əvvəlcə təəccüblənsə də, sonradan "Bu, sənin öz seçimindi" deyib. (ans)

Google+ WhatsApp ok.ru