Almaniya, Ərəbistan tərəfindən vəhhabiliyin yayılmasına qarşı çıxdı 07 Dekabr 2015 02:00 Dünya Almaniya kanslerinin müavini Səudiyyə Ərəbistanı rəsmilərini Alaniyada terrorizmi dəstəkləyən dini mərkəzlərə maliyyə yardımlarını dayandırmağa çağırıb. Maide.az xəbər verir ki, Zigmar Qabriel 6 noyabr bazar günü Almaniyanın "Bild Sontag" qəzetinə müsahibəsində deyib: Dünyanın hər yerində bütün vəhhabi məscidlər Ərəbistan höküməti tərəfindən maliyyələşdirilir. Almaniyada təhlükəli sayılan bir çox radikallar belə mərkəzlərdə yetişiblər. O, Ərəbistanın Suriya böhranı ilə bağlı yanaşmasını kəskin tənqid edib. Almaniya rəsmisi bildirib: Hal-hazırda bu faktı Ərəbistana aydınlaşdırmalıyıq ki, digər həll yolları üçün vaxt artıq bitmişdir. Almaniya Sosial Demokratlar Partiyasının sədri sələfi düşüncəsi daşıyan dini qurumlar və məscidlərə qarşı effektiv tədbirlərin görülməsini vacib sayır. Gabriel qeyd edib: Sələfi məscidlərinə hakim olan radikal fundamentalizm təhlükəsi radikal sağçılıqdan az deyil. Almaniya Bundestaqının SPD partiya fraksiyasının rəhbəri Tomas Operman da Almaniya qanunlarına görə fundamental azadlıq prinsipləri ilə ziddiyyət təşkil edən təlimlərin yayılmasının qarşısının alınmasına çağırıb. Operman “Welt am Sontag” Alman qəzetinə açıqlamasında deyib: Ərəbistanın vəhhabi əqidəsini yayan mərkəzlərə sponsorluğunun qarşısını almalıyıq. O, Vəhhabiliyin İŞİD qruplaşmasını ideologiya ilə təmin etdiyini vurğulayaraq, əlavə edib: Bizə Almaniyada belə bir şey lazım deyi./ Teqlər : #Almaniya,#Ərəbistan tərəfindən vəhhabiliyin yayılmasına qarşı çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyn əhalisi siyasi məhbuslarla həmrəylik mitinqi keçirdi Reuters: Bir çox amerikalılar müsəlmanlara digər vətəndaşlar kimi münasibət bəsləyirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO