Almaniyada 4 min 749 qaçqın uşaq itkin düşüb

Ötən bir il ərzində Almaniyaya sığınan 4 min 749 qaçqın uşaq itkin düşüb.
Bbu haqda Almaniya Federal Asayiş Dairəsi bildirib.
Məlumata görə, itkin düşən uşaqların 431-i 13 yaşından kiçik, 4 min 287-si isə 14-17 yaş arasındadır. Yalnız ötən ilin 6 ayı ərzində min 637 uşaq itkin düşüb.
Xəbərdə bildirilib ki, həmin uşaq və yeniyetmələrin cinayətkar qrupların əlinə keçməsindən ehtiyat edilir. 

Google+ WhatsApp ok.ru