Almaniyada çarşab qadağan olunur 10 Avqust 2016 01:00 Dünya APA-nın məlumatına görə, bu barədə Almaniyanın ən böyük nəşr şirkətlərindən olan “Redaksiyalar şəbəkəsi” məlumat yayıb. Bildirilir ki, Xristian Demokratik İttifaqı / Xristian Sosialist İttifaqı Koalisiyası son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığının ləğv olunması daxildir. Sənədə əsasən 2020-ci ilə kimi Almaniyada polislərin sayının 15 min artırılması, polislərin uzun lüləli silahlar və bədən kameraları ilə təmin olunmaları nəzərdə tutulur. Paketin gələn həftə “Berlin açıqlaması” adı altında son versiyasının hazırlanması gözlənilir. / Teqlər : #Almaniyada çarşab qadağan olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukrayna Krıma hücum etdi, Rusiya ordusu itki verdi Nigeriyada gənclər Şeyx Zəkzakiyə azadlıq tələbi ilə aksiya keçirib-VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO