Almaniyada güclü partlayış 10 Sentyabr 2014 01:00 Dünya Almaniyanın Bremen şəhərinin şimalında yerləşən kimyəvi zavodların birində güclü partlayış baş verib. Bu barədə bu gün ölkənin “Bild” qəzeti saytında xəbər yayıb. Hal-hazırda hadisə yerində təxminən 300 yanğın söndürən və 60 polis qüvvəsi işləyir. Partlayışın səbəbləri və ilkin qurbanlar haqqında hələ ki heç nə bildirilmir. "Partlayış səsi onlarla kilometr məsafədən eşidilib. Yaxınlıqda yerləşən evlərə ciddi zərər dəyib", - deyə polisin komissarlarından biri bildirib. Qəzetin yaydığı ilkin məlumatlara əsasən zəhərli maddə hesab edilən aseton partlayıb, zavodun binası uçub və ərazi qara tüstüyə bürünüb. Sakinlərə evlərindən çölə çıxmamaq, qapı-pəncərələrini kip bağlamaq məsləhət görülüb. Qurbanlar haqqında rəsmi məlumatlar verilməsə də, iki insan ciddi xəsarət aldığı və xəstəxanalara çatdırıldığı da deyilir. Teqlər : #Almaniyada güclü partlayış, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Daha əvvəl heç vaxt təmiz su içməmiş insanlar Rəcəb Tayyib Ərdoğan Ayətullah Xamneyiyə teleqram vurdu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO