Almaniyada ifrat sağçı siyasətçi müsəlman oldu

Almaniyada ifrat sağçı siyasətçi müsəlman oldu

-- A.Vaqnerin yanvarın 11-də Afd Brandenburq əyalət təşkilatının idarə heyəti üzvlüyündən çıxıb

Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (Afd) Partiyasının Brandenburq əyalətinin Havellend şəhərinin icra başçısının müavini Artur Vaqnerin müsəlman olduğu bildirilib.
 
Maide.Az "Deyerler.org" -a istinadən xəbər verir ki, “Tagesspiegel” qəzetinin xəbərinə əsasən, Vaqner qısa bir müddət əvvəl İslam dinini qəbul edib.
 
Müsəlman olması ilə bağlı danışmaq istəməyən A.Vaqnerin, bunu şəxsi məsələsi olduğunu dediyi qeyd olunub.
 
Afd-nin Brandenburq Əyalət Təşkilatının sədri Andreas Kalbitz “Maerkische Allgemeine Zeitung” qəzetinə verdiyi açıqlamasında, A.Vaqnerin müsəlman olduğunu təsdiqləyib: “Artur Vaqnerin İslam dinini qəbul etdiyi doğrudur”.
 
A.Vaqnerin yanvarın 11-də Afd Brandenburq əyalət təşkilatının idarə heyəti üzvlüyündən çıxdığını qeyd edən Kalbitz, siyasətçinin şəxsi səbəblərə görə bu vəzifəsindən istefa verdiyini bildirib.
 
Partiyanın əyalət üzrə sözçüsü Daniel Fris isə, insanların dinlərini seçməkdə azad olduğunu bildirərək, belə danışıb: “Bizim üçün bu problem deyil. Partiyanın böyük bir hissəsi üçün də bir problem sayıldığını düşünmürəm”.
 

Google+ WhatsApp ok.ru