Almaniyada ilk məscid necə tikildi? - FOTO 29 Yanvar 2019 09:50 Dünya Almaniyada ilk məscidin istifadəyə verilməsindən 100 il keçir. Maide.Az İQNA-a istinadən xəbər verir ki, Almaniyada ilk məscid 1915-ci ildə müharibədə əsir düşmüş müsəlmanlar üçün tikilib. Əsir düşmüş müsəlmanların ibadəti üçün məscidin tikilmə təklifi 1914-cü ildə Sultan beşinci Məhəmməd tərəfindən Almaniya hökumətinə verilib. Almanlar birinci dünya müharibəsində Hindistan, Şimali Afrika, Suriya və Fransanın müstəmləkəsi olan ölkələrdən 16 minə yaxın müsəlman əsir götürmüş və onları Wünsdorf bölgəsində yerləşdirmişdi. Almaniya hökuməti müsəlman əsirlərdən Fransa, Rusiya və Britaniya əleyhinə müharibədə istifadə etmək niyyətində olduğu üçün bu təklifi dəyərləndirib və Məscidin tikintisi üçün vəsait ayırıb. Beləliklə ilk məscid 1915-ci ildə Wünsdorf bölgəsində tikilib. Məscidin günbəzi və 23 metr hündürlüyündə minarəsi var idi. Məscidin tikintisində İspaniyadakı İslami memarlıq nümunələri, Tac Mahal və digər Osmanlı məscidlərin memarlıq üslubundan istifadə olunmuşdu. Almaniyanın ilk məscidi Wünsdorf bölgəsində yaşayan müsəlmanların 1928-ci ildə yeni məscid tikməsindən sonra yəni 1930-cu ildə (15 ildən sonra) sökülüb. Almaniya hökuməti ilk məscidin yerləşdiyi küçənin adının "Məscid küçəsi" qoyub. Hazırda həmin küçədə ilk məscid haqqına məlumat lövhəsi yerləşdirilib. Teqlər : #Almaniyada,#ilk,#məscid,#necə,#tikildi?,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda Əhli-beyt (ə) ardıcılları aclıq aksiyasına başlayıb - FOTO 56 milyon insana təcili ərzaq yardımı lazımdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO