Almaniyada irqçiliyə qarşı aksiyalar keçirilib 20 İyun 2016 01:00 Dünya Bazar günü Almaniyanın müxtəlif şəhərlərində irqçiliyə qarşı etiraz aksiyaları keçirilib. Təşkilatçıların sözlərinə görə, Berlin,Hamburq, Münhen, Leptsiq və Boxumda keçirilən nümayişlərdə 20 minədək adam iştirak edib. Polisin məlumatına görə isə aksiyalarda 10 mindən çox adam iştirak edib. Təkcə Münhendə keçirilən etiraz aksiyasına 4 mindən çox adam qatılıb. Bu aksiyanı “Münhen əlvandır” adlı vətəndaş hərakatı təşkil edib. Aksiyaçılar bildirib ki, Münhen rəngli şəhərdir və dinindən, irqindən və cinsindən aslı olmayaraq burda heçkim qorxu içində yaşamamalıdır. Ən çox miqrant qəbul edən Berlində isə nümayişə 9 minədək adam çıxıb. Həmkarlar ittifaqları Konfederasiyasının rəhbəri Rayner Hoffman: “Bugünkü insan zənciri istənilən irqçilik və ksenefobiyaya qarşı işarə olmalıdır. Almaniya açıq ölkədir, bizim böyük qonaqpərvərlik mədəniyyətimiz var, hər gün minlərlə insan dəhşətli vəziyyətdən qaçıb bizə pənah gətirənlərə kömək edir. Və biz əmin olmaq istəyirik ki, açıq fikirlilər çoxluq təşkil edir”. Ötən il Almaniyada sağçı radikallar tərəfindən cinayətlərin rekord həddə çatdığı, qaçqın mərkəzlərinə 5 dəfədən çox hücum edildiyi qeydə alınıb. / Teqlər : #Almaniyada irqçiliyə qarşı aksiyalar keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskva müsəlmanları Məhəmməd Əlinin xatirə gecəsini təşkil edəcək Krımda yeniyetmələr üçün Quranın oxunması üzrə video-konkurs keçirilir.
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO