Almaniyada məscid qalıqları tapılıb

Almaniyanın Brandenburq əyalətinin Vünsdorf şəhərində təxminən 100 il öncə inşa edilən və daha sonra sökülən bir məscidinin qalıqları tapılıb.
Maide.az xəbər verir ki, qazıntılar zamanı tapılan məscid Almaniyada tikilmiş ən köhnə məscidlərdən biridir.
Paytaxt Berlinə 60 km məsafədə yerləşən Vünsdorf şəhərindəki bu məscid 100 il öncə tikilib, daha sonra sökülərək yerində müxtəlif təyinatlı binalar tikilib. Məlumata görə, məscidin yerində nasist dövründə hərbi bina da tikilib.
Dəqiq olmayan rəqəmlərə görə, məscid 1925 və ya 1926-cı ildə sökülüb.
Hazırda həmin ərazidə afrikalı mühacirlər üçün müvəqqəti sığınacaq məskəni salınır.//

Google+ WhatsApp ok.ru