Almaniyada Müsəlman Həkimlər Birliyi təsis edilib - İlk dəfə 15 Aprel 2020 11:05 Dünya Almaniyada ilk dəfə Müsəlman Həkimlər Birliyinin təsis edilib. Maide.Az “Arabi21” saytına istinadla xəbər veri rki, son zamanlar koronavirus epidemiya xəstəliyinin ortaya çıxmasından sonra müsəlman tibb işçiləri və həkimlərinin xəstələrə göstərdikləri diqqət və qayğı Avropa ölkələrində müsəlmanların rolunu getdikcə daha gücləndirib. Almaniya Səhiyyə Nazirliyi ilk dəfə olaraq Alman tibb işçilərindən ibarət olan Alman Müsəlman Həkimlər Birliyinin (MUAMED) təsis edilməsinə icazə verib. Bu birlikdə həkimlər, əczaçı və səhiyyə işçiləri üzvdir. Bu dərnəyin qurucularından biri olan professor Hüdayi Korkusuz bildirib ki, Almaniyada ilk dəfə olaraq müsəlman həkimlərdən ibarət bir tibb müəssisəsi qurulur. İndiyədək Almaniyada yəhudi, katolik və protestant tibb müəssisələri mövcud idi və onlar bir-birlərinə məlumat mübadiləsi və dəstək olurlar. Onun sözlərinə görə, MUAMED Almaniyada yaşayan təxminən 5 milyon müsəlmanın tibbi ehtiyaclarını qarşılayacaq. Teqlər : #Almaniyada,#Müsəlman,#Həkimlər,#Birliyi,#təsis,#edilib,#İlk,#dəfə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərbəlada Hacı Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhadətinin 100-cü günü anıldı - FOTO Yaxşı təklif edilsə, ‘Patriot’ sistemlərini alarıq - Çavuşoğlu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO