Almaniyada Peyğəmbər (s) səhabələri tərəfindən yazılan Quran tapılıb

Məhəmməd Peyğəmbərin (s) 632-ci ildə vəfatından 10 illər  sonra yaradılan Quran əlyazmasının bir hissəsi Tübingen Universitetinin kitabxanasında aşkarlanıb. 
 
Maide.az-ın məlumatına görə, bu vaxta qədər ekspretlər təxmin edirdilər ki, əlyazma 8-9-cu əsrlərə məxsusdur, lakin araşdırmalar nəticəsində müəyyən olunub ki, əlyazmanın tarixi daha qədimdir. Mütəxəssislərin fikrincə 95,4% o, 649-675-ci illərdə yazılıb. 
 
Əlyazma kufə xətti ilə yazılıb. Kitabxana nümayəndəsi bildirib ki, "Biz düşünürük ki, Quranın ən qədim nüsxəsi məhz bizim əlimizdə olandır."
 
Bu əlyazma Tübingen Universitetinə 1864-cü ildə, kitabxana diplomat İoqann Hötfrid Vetsşeynin topladığı kitabları aldığı zaman gəlib. 
Universitetinin verdiyi məlumata görə, ümumilikdə kitabxanın fondunda 20-dən artıq Quran nüsxəsi var.//

Google+ WhatsApp ok.ru