Almaniya Qəzzada 100 ev tikəcək

Almaniya Qəzzada 100 ev tikəcək

Almaniya  Qəzzada 100 ev inşa edəcək. 
 
Maide.Az xəbər verir ki,  bu evlərin tikilməsinə dair müqavilə Almaniya İnkişaf Bankı (KFW) ilə  BMT-nin BMT-nin UNOPS Layihə Xidmətləri Office  arasında imzalanıb.
 
Layihə Qəzzanın yenidən qurulması üçün planlaşdırılan 120 milyon funt sterlinqlik layihə çərçivəsində həyata keçirilir. 
 
UNOPS  elan edib ki,  Almaniya hökuməti  100 binanın inşası üçün təqribən  5 milyon funt sterlinqlik vəsait ayıracaq. Bu layihə Norveç Qaçqınlar Şurası ilə koordinasiyalı olaraq həyata keçiriləcək.
 
Qeyd edək ki,  İşğalçı İsrail rejiminin davamlı  təcavüzü nəticəsində  infrastrukturu dağılan Qəzzanin yenidənqurma işləri  bəzi ölkələrinin sözlərinə əməl etməməsi nəticəsində  yarımçıq qalıb.
 Qəzza zolağında 1.7  milyon nəfər yaşayır.  2007-ci ildən Qəzza zolağı İsrail rejiminin mühasirəsində saxlanılır.  2014-cü ilin yayında  sionist rejimin vəhşicəsinə hücumu nəticəsində 1000-dən çox insan həlak oldu, minlərlə insan yaralandı.  Bölgənin  infrastrukturu  demək olar ki, tamamilə dağıdıldı.  Içməli  su və işığa həsrət qalan Qəzza sakinləri üçün yaşayış bu təcavüzdən sonra daha da ağırlaşdı.
 
2014-cü ildə  Qəzzaya olan təcavüzdən sonra  həmin ilin payızında Misirdə   Qəzzanın yenidənqurulmasına yardım məqsədi ilə 50 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçirildi. Konfransda  iştirak edən ölkələr  Qəzzanın bərpası üçün  3.5 milyard dollar  pul ayıracaqlarına söz verdilər. 
 
2016-cı ilin  aprel ayının 19-da  Dünya Bankı Qəzza zolağının yenidənqurulması üçün verilmiş vədələrin yerinə yetirilməməsi ilə bağlı ürək ağrıdan hesabat yayıb.  Dünya Bankının hesabatına əsasən,  3.5 milyard dollar vəsaitin yalnız 40 faizi  indiyədək ödənilib.  
 

 

Google+ WhatsApp ok.ru