Almanlar `süni günəş` yaradır 24 Mart 2017 02:00 Dünya “The Guardian” yazır ki, Almaniya alimləri ekoloji baxımdan təmiz yanacaq əldə edilməsi məqsədilə “dünyanın ən böyük süni günəşini” qurur. Köln şəhərinin 50 kilometrliyindəki Juliks qəsəbəsində keçirilən “Synlight” eksperimentində istifadə edilən 149 projektor təbii günəş işığından 10 min dəfə parlaq işıq verir. Lakin bu məqsədlə bütün projektorların işığı eyni bir nöqtəyə tuşlanıb. Belə bir quruluşa malik aqreqat 3500 C dərəcə istilik yaradır ki, bu da domna sobasındakı temperaturdan üç dəfə çoxdur. Almaniya Aerofəza Mərkəzinin tədqiqat direktoru, professor Bernard Hoffschmidt deyir ki, bütün projektorların yandığı vaxt otağa girən hər hansı adam sadəcə olaraq külə çevrilə bilər. Məhz buna görə də eksperiment qoruyucu radiasiya kamerasında aparılır. Bu eksperimentdən məqsəd hidrogen yanacağının əldə olunması üçün təbii günəş işığının enerjiyə çevrilməsini öyrənməkdir. Günəş işığını güzgülərlə suya yönəldən günəş stansiyaları artıq mövcuddur. Bu stansiyalar günəşin istiliyini buxara çevirərək elektrik istehsalını təmin edir. Synlight eksperimentində məqsəd isə eyni prinsipdən istifadə etməklə sudan hidrogeninin alınması və bunun təyyarə və avtomobil yanacağı kimi işlədilməsi mümkünlüyünün öyrənilməsidir. Synlight hazırda böyük həcmlərdə enerjidən istifadə edir. Bu, dörd ailənin bir il ərzində işlətdiyi elektrik enerjisinə bərabərdir. Lakin alimlər inanırlar ki, bir gün projektorların əvəzinə təbii günəş işığından istifadə edə biləcək. Doktor Hoffschmidt deyib ki, təyyarə və avtomobilləri karbon qazından azad yanacaqla təmin etmək üçün milyardlarla ton hidrogenə ehtiyac olacaq. (azadliq.info) / Teqlər : #Almanlar `süni günəş` yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalılar Trampın sağlamlıq layihəsinə qarşı etiraz aksiyası keçirib – FOTO/VİDEO Tbilisini zibilləyənlər cərimə olunacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO