İşalçı İsrail əsgəri fələstinli yeniyetməni ürəyindən güllə ilə vuraraq qətlə yetirib - Foto

Sionist rejim əsgəri 17 yaşlı fələstinli yeniyetməni ürəyinədn güllələyərək qətlə yetirib.
 
Fələstinin "Mann" agentliyi xəbər verir ki, Nablusun cənubunda Beyta qəsəbəsi ərazisində evinə tərəf gedən İmam Cəmil Əhməd Dueykət və Nail Tələt Siab adlı iki gənc İsrail əsgərinin silahlı hücumuna məruz qalıb.  
 
Ayağından güllə yarası alan digər yeniyetmə özünü təcili yaxınlıqdakı Rafidiyyə xəstəxanasına çatdırıb. Yaralı yeniyetmənin sözlərinə görə, dostuyla birgə məktəbdə imtahan verdikdən sonra evlərinə tərəf gedirlərmiş. Bu zaman yaxınlıqdakı parkda olan İsrail əsgərlərindən biri odlu silahla onlara tərəf atəş açmağa başlayıb.
 
Məlumatda deyilir ki, qaçmağa başlayan gənclərdən biri ürəyindən digəri isə ayağından yara alıb. Ürək nahiyəsindən bir güllə yarası alan İmam Əhməd Dueykət hadisə yerində dünyasını dəyişib.
 
Sionist rejim  ordusunun insidentlə bağlı açıqlaması yaralı yeniyetmənin sözlərilə ziddiyyət təşkil edib. Belə ki, İsrail ordusu gənclərin guya küçədə əsgərlərə tərəf daş atdığına görə güllələndiyini deyib.
 Ordu sözçüsündən insidentin hansı küçədə baş verdiyi soruşanda cavab verməkdən imtina edib.
 Bildirək ki, Əhməd Dueykət bu il Qərb Sahili zonasında İşğalçı İsrail əsgərləri tərəfindən qətlə yetirilən 50-ci fələstinli olub. interaz/

 


 

Google+ WhatsApp ok.ru