İşğalçı İsrail hərbiçiləri həbsxanya hücum etdi,onlarla fələstinli məhbus yaralandı 13 Aprel 2016 01:00 Fələstin İşğalçı İsrail hərbiçiləri Nafahe həbsxanasında 14 –cü bölümə (bənd) hücum edib,onlarla fələstinli yaralanıb. Maide.az xəbər verir ki, Fələstinli məhbus və hərbi əsirlərin işi üzrə komissiyanın sədri İsa Qaraqa elan edib ki, 14-cü bölümə çox sayda hərbiçi hücum edib. “Hücum zamanı hərbiçilər fələstinli məhbusları güclü döyüblər və onlara qarşı bibər qazı istifadə ediblər. Hücumda yaralanan fələstinlilər Siruka xəstəxanasında köçürülüblər.” Fələstinli məhbus və hərbi əsirlərin işi üzrə komissiya İsrail rejimi və Nafahe həbsxana rəsmilərinin məhbusların həyatını qorumaq üçün məsuliyyət daşıdıqlarını bildirib, beynəlxalq təşkilatlar və insan haqları təşkilatlarını məhbusların vəziyyətini öyrənmək üçün bu həbsxanaya baş çəkməyə çağırıb. Beynəlxalq KİV-lərin məlumatına görə, hazırda işğalçı İsrail rejiminin 17 həbsxanasında 7 mindən çox fələstinli həbsdədir ki, onların 700 –dən çoxu mühakimə olunmadan həbsxanada saxlanılır. Teqlər : #İşğalçı İsrail hərbiçiləri həbsxanya hücum etdi,#onlarla fələstinli məhbus yaralandı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Netanyahu Hizbullahın qarşısını almaq üçün Suriyaya hücum etdiklərini dedi İƏT-in İstanbul sammiti zamanı MOSSAD şefi bu şəhərdə nə gəzir?
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar