İşğalçı İsrail rejimi Məclisi qalmaqallı qanun layihəsini qəbul etdi 19 İyul 2018 01:00 Fələstin Sionist İsrail rejim parlamenti, 7 ildir hazırlıq mərhələsində olan mübahisəli "Yəhudi milli dövləti" qanun ləyihəsini qəbul edib. Maide.Az bildirir ki, "Reuters"in verdiyi xəbərə görə, "Yəhudi milli dövləti qanun layihəsi"ndə İsrail qanununda boşluq olması zamanı, yəhudi şəriət qanunlarının əsas götürülməsi, "sadəcə yəhudilərin girə biləcəyi yaşayış bölgələrinin yaradılması", "ərəb dilinin rəsmi dil olmaqdan çıxarılması" və dünyadakı bütün yəhudilərə Fələstinin işğal olunmuş ərazilərinə qayıtmaq haqqı verilməsi kimi mübahisəli maddələr yer alır. İlk baxışda bu qanun rəmzi görünsə də onun “İsrail yəhudi xalqının tarixi vətəni və dövlətidir” və “Bu dövlətin yolunu və taleyini bəlli etmək yalnız yəhudi xalqına məxsusdur” kimi məzmuinları 1.8 milyon ərəbi və xristianları və sair azlıqların gələcəyini ciddi şəkildə təhlükə altına atır. Sözügedən qanun çərçivəsində gəlib ki, “dövlət yəhudi yaşayış massivlərinin (işğal edilən Fələstin ərazilərində) salınmasını milli dəyər bilir və onun genişləndirilməsinə təşviq və dəstək edəcək.” Teqlər : #İşğalçı İsrail rejimi Məclisi qalmaqallı qanun layihəsini qəbul etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşağlçı İsrail Qəzzaya qaz balonları və yanacağın da girişinə qadağa qoydu İsrail rejimi Qəzzada irimiqyaslı əməliyyata hazırlaşır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar