İşğalçı İsrail rejimindən ərəb dili və Qüdsə “zərbə” 08 May 2017 01:00 Fələstin İşağlçı İsrail rejiminin parlamenti - Knesset dövlətin milli xüsusiyyətləri barədə qanun layihəsini gözdən keçirəcək. Həmin layihəyə əsasən ərəb dilinin rəsmi statusu ləğv edilir. Hakim “Likud” Partiyası tərəfindən təklif edilmiş sənəd daha əvvəl hökumətin qanunverici məsələlər üzrə komitəsi tərəfindən yekdilliklə təsdiqlənib. Dəyişikliklər təsdiqlənəcəyi halda ərəb dili yalnız xüsusi statusa sahib olacaq, dövlət dili isə ivrit dili olacaq. İsrail mediasının məlumatına görə, qanun layihəsində həm də Qüdsün paytaxt edilməsi də nəzərdə tutulub. İsrail müxalifəti isə qanun layihəsini demokratik vətəndaş hüquqlarını pozan və ərəb azlığını diskriminasiya edən qanunlayihəsi kimi təndiq edib. Qeyd etmək lazımdır ki, ərəb dilinə dair oxşar təşəbbüs 3 il öncə iflasa uğramışdı. (islamazeri) Teqlər : #İşğalçı İsrail rejimindən ərəb dili və Qüdsə zərbə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sionist rejim qüvvələri Ramallahda mitinq edən xalqa hücum edib İşağlçı İsrail rejimi Qüds sakinlərinə qarşı təzyiqləri artırır
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar