İşğalçı İsrail rejimi Qəzza zolağına hücumları davam etdirir 17 Avqust 2020 09:40 Fələstin Sionist rejim ordusunun qırıcı təyyarəli daha bir dəfə Qəzza zolağını bombalayıb. Maide.Az "TASS"a istinadən xəbər verir ki, işğalçı rejim ordusu öz məlumatında iddia edib ki, Qəzza zolağına hava hücumu zamanı HƏMAS-ın mövqelərini bombalayıb. Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib. HƏMAS isə yazılı açıqlama yayaraq Qəzza zolağına son günlər edilən hava hücumlarına görə işğalçı İsrail rejiminin məsuliyyət daşıdığını açıqlayıb. "İşğalçı rejim rəhbərliyi bu gərginliyin nəticələrinə görə məsuliyyət daşıyır",-deyə öz açıqlamasında deyib. İslami Cihad Hərəkatının verdiyi yazılı açıqlamada İsrailin Qəzzaya etdiyi hücumlara reaksiya göstərildi. "Fələstin xalqına hücumlarının məsuliyyəti işğalçılar daşıyır. Bu artan terror qarşısıalınmaz müqavimətlə üzləşəcək. Bütün bunlar İsrail ilə BƏƏ arasında münasibətlərin normallaşması ilə bağlı atdıqları addımla bir vaxtda baş verir. İsrailin bu normallaşma mühitindən istifadə etdiyi və Fələstin xalqına təzyiqi artırdığı bildirilib" Qyed edək ki, İşğalçı rejim uzun illərdi mühasirədə saxladığı Qəzza zolağında dənizdə ov məsafəsinin sıfıra endirilməsi barədə də qərar verib. Teqlər : #İşğalçı,#İsrail,#rejimi,#Qəzza,#zolağına,#hücumları,#davam,#etdirir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fələstində BƏƏ-yə qarşı etiraz aksiyası keçirildi - FOTO İsrail rejimi Qəzzanı tanklarla atəşə tutdu
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar