Amerikada ilk qadın məscidi açılıb

Maide.az xəbər verir ki, bu yaxınlarda Birləşmiş Ştatlarda ilk qadın məscidi açılıb. Kaliforniyanın Los-Anceles şəhərində açılan bu məscidi başqalarından fərqləndirən müsəlman qadınların burada daha sərbəst olmasıdır. İki ay bundan əvvəl açılan bu məsciddə qadının İslamda rolu haqda müzakirələr aparmağa da imkan var.  
 
Amerikadakı digər məscidlərdən fərqli olaraq, qadınlar ayda bir dəfə təcrübələrini bölüşmək üçün burada toplaşır. Tənzilə Əhməd adlı qadın buraya iki ay əvvəl gəldiyini və burada dünyanın hər yerindən qadınlarla əhatə olunduğunu deyir.
 
Qadınlar və kişilərin cümə namazına eyni məsciddə toplaşdıqları, lakin ayrı-ayrılıqda ibadət etdiyi ənənəvi məscidlərdən fərqli olaraq, bu məscid yalnız qadınlar üçündür və buraya qadın başçılıq edir.
 
Müsəlman İcamsı Şurasından Edina Lekoviç: “Mən burada eyni məqsəd üçün gələn qadınları gördüm. Çünki bizi eyni inam bir araya gətirib və biz yeniliyə doğru daha bir addım atmaq istəyirik.”

Google+ WhatsApp ok.ru