Amerikada irqçiliyə etiraz olaraq dövlət bayrağı yandırıldı

Maide.az-ın məlumatına görə, yüzlərlə amerikalı dünən gecə Miniyapolis şəhər şurasının binası önündə Viskansen Ştatında, Medison şəhərində polis zorakılığı və irqçiliyin qurbanı olanlarla həmrəylik aksiyasında iştirak ediblər. 
 
ABŞ polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazlar və bibər qazından istifadə edib. Bu zaman aksiya iştirakçıları arasında uşaqların olmasına da əhəmiyyət verilməyib. 
 
Ağdərili polis zabiti Metyo Keni martın 6-da 19 yaşlı qaradərili gənc Toni Robinsonu güllələyərək, qətlə yetirib.
 
Missuri Ştatı, Ferquson şəhərində Maykl Braun, Nyu-Yorkda Erik Qarner, Cənubi Karolina Ştatı, Şimali Çarlston şəhərində Valter Skat və Baltimorda Fredi Geri son aylar ərzində ABŞ polisinin irqçiliyinə qurban gedən qaradərili insanlardır. Bundan öncə də BMT-nin İnsan Haqları Şurasına üzv ölkələr bazar ertəsi günü ABŞ-ı tənqid edərək, bu ölkədə irqçilik zəminində baş verən cinayətlərin və polis zorakılığının artmasını pisləyiblər.

Google+ WhatsApp ok.ru