Amerikada onlarla aksiya iştirakçısı həbs edilib 11 Avqust 2015 01:00 Dünya ABŞ-ın Missuri Ştatında polisin irqçilik əleyhinə etiraz aksiyası iştirakçılarına qarşı hücumunda 56 nəfərin saxlanıldığı bildirilir. Maide.az xəbər verir ki, bu 56 nəfər Sent Luis şəhərində qaradərili yeniyetmə Maykl Braunun ağdərili polis zabiti tərəfindən qətlə yetirilməsinin ildönümü günü münasibətilə keçirilən aksiyada həbs edilib. Aksiya iştirakçıları Amerikada irqçilik əleyhinə ciddi tədbirlərin görülməsini istəyiblər. Bazar günü Maykl Braunun qətlə yetirilməsinin ildönümü günü münasibətilə keçirilən mərasimdə isə başqa bir qaradərili polisin atəş açması nəticəsində yaralanıb. Etiraz aksiyasının qarşıdurmaya çevrilməsi ilə Ferquson şəhərində fövqəladə vəziyyət elan edilib. Maykl Braun 9 avqust 2014-cü ildə Ferquson şəhərində ağdərili polis zabiti tərəfindən qətlə yetirilib. Onun ölümü, Amerikada irqçilik əleyhinə geniş etirazlara yol açdı. Teqlər : #Amerikada onlarla aksiya iştirakçısı həbs edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə daha bir əsgər öldürüldü İŞİD terrorçuları Böyük Britaniyadakı tərəfdarlarını hücumlar törətməyə çağırıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO