Amerikada polis zorakılığı və yenə qarşıdurma

Amerika Birləşmiş Ştatlarının Sent Luis şəhərində polis zorakılıqlarına qarşı keçirilən etiraz aksiyası növbəti dəfə qarşıdurmalarla yadda qalıb. 
 
Etirazçılar bu dəfə şəhər şurasının binasını ələ keçirməyə çalışıblar. Bir qrup fəal binanın daxilində hökumətə qarşı etiraz şüarları səsləndirib. Polis aksiyaçılara güc tədbiq edib. Qaşrıdurmalar zamanı azı 6 nəfər həbs edilib.
 
Bir qədər əvvəl Ferqüson şəhərində Maykl Braun adlı qaradərili yeniyetmənin ağdərili polis tərəfindən öldürülməsi ölkədə irqi zəmində qarşıdurmaların şiddətlənməsinə səbəb olub.

Google+ WhatsApp ok.ru