Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir 30 İyul 2016 01:00 Dünya Paraşütlə 18 mindən çox tullanış həyata keçirən idmançı bu dəfə 7,6 km hündürlükdən paraşütsüz düşmək istəyir ABŞ-dan olan peşəkar paraşütçü Lyuk Aykins təyyarədən paraşütsüz tullanmaq niyyətində olduğunu bildirib. "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, paraşütlə 18 mindən çox tullanış həyata keçirən ekstremalçı bu dəfə 7,6 km hündürlükdən paraşütsüz atılmaq və 20 mərtəbəli bina hündürlüyündə yerləşdirilmiş tora düşmək istəyir. Özü də tullanış zamanı skaydayver heç bir xüsusi kostyumdan istifadə etməyəcək, onun ixtiyarında yalnız GPS-naviqator olacaq. Məlumata görə, daha əvvəl belə tullanışı 90 kq-lıq maniken həyata keçirib və o, toru yırtaraq aşağı yuvarlanıb. Qeyd edək ki, L.Aykinsin tullanışını, uçuşunu və enişini "Fox" telekanalının canlı efirində izləyicilərinə təqdim edəcək. / Teqlər : #Amerikalı ekstremalçı paraşütsüz tullanmaq niyyətindədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğan rəsmi rəqəmlər səsləndirdi - 237 nəfər həlak olub Pakistanda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO