Amerikalı səlahiyyətli: İranla müqavilənin nailiyyətləri böyük olacaq

Amerikanın Birləşmiş Millətlər Təşkilatında nümayəndəsi olan Samantha Power İran İslam respublikası ilə nüvə mövzusunda müqavilənin müsbət yönündən danışıb.
 
Maide.az xəbər verir ki, amerikalı səlahiyyətli İran və 5+1 qrupu arasında davam edən nüvə danışıqlarına işarə vuraraq, "tərəflər arasında hazırda bəzi mövzularda ixtilafın olduğunu, amma razılığa gəlmək halında bunun çox böyük nailiyyətlərinin olacağını deyib.
 
Amerikalı səlahiyyətli Power Amerika Konqresinin Ukrayna hökumətinə 1 milyard dollarlıq hərbi yardım göndərilməsi layihəsi barədə də danışaraq, Ukrayna böhranının diplomatik yolla həll edilməsinə ümid edərək, tərəflər arasında Ukrayna məsələsində daha əvvəl əldə edilən Minsk müqaviləsinin həyata keçməsi üçün bir imkanın yaranmasını arzulayırıq.
 
Power açıqlamasında həmçinin İŞİD terror təşkilatı əleyhinə quru əməliyyatının zəruri olduğunu qeyd edərək, amma bu qüvvələrin amerikalı olmayacağını deyib.

Google+ WhatsApp ok.ru