Amerika nümayəndəsi İraqdan 20 milyard dollar oğurladı

İraq Milli Koalisiyasının parlamentdəki deputatı Adnan əl-Cənabi deyib ki, Amerika hökuməti Poul Bremerin dövründə İraqdan 17-20 milyard dollar oğurlayıb.
 
Maide.az-ın məlumatına görə, Adnan Əl-Cənabi mətbuat konfransında həmçinin bildirib ki, İraqdan oğurlanan əmlakın geri qaytarılması üçün heyətin təşkil olunması zəruridir. 
 
İraqlı deputat əlavə edib: "Bu məqsədlə Əl-Əhməd Çələbinin başçılığı ilə təşkil olunan komitə büdcə çatışmazlığına görə, öz işini davam etdirə bilmədi. Lakin təxminən 40 milyard dolların oğurlanması barədə şübhələr vardı." 
 
Əl-Cənabi həmçinin ümidvar şəkildə bildirib ki, İraq parlamentinin fraksiyaları komitə təşkil edərək və ona yetərli səlahiyyət verərək oğurlanmış əmlakın geri qaytarılması üçün addım atacaq.

Google+ WhatsApp ok.ru